Fransada Nikola Sarkozi haqda istintaq başladılıb

Fransada Nikola Sarkozi haqda istintaq başladılıb
  • Clock-gray 18:04
  • calendar-gray 23 Noyabr 2020

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkoziyə qarşı istintaq başladıb.

APA-nın “France 24”ə istinadən verdiyi xəbərə görə, N. Sarkozi korrupsiya və nüfuzundan sui-istifadə etməkdə günahlandırılır.

Keçmiş prezidentlə yanaşı, məhkəməyə çıxarılanlar arasında onun vəkili Terri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş baş prokuroru Jilber Azibert də var.

Müstəntiqlər 2014-cü ildə N. Sarkozinin vəkili T. Erzoq vasitəsi ilə prokuror J. Aziberdən gizli məlumat almağa çalışdığını iddia edirlər. Onların fikrincə, keçmiş prezident 2007-ci ildə Fransız kosmetika şirkətinin ortağı L'Oreal Liliane Bettencourt tərəfindən N. Sarkozinin seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaq çərçivəsində müsadirə olunmuş sənədləri almaq istəyib. 

“France Info” xəbər saytının verdiyi məlumata görə, J. Azibertin tibbi müayinədən keçməsi ilə əlaqədar məhkəmədə dinləmələr bu gün təxirə salınıb.

Məhkəmə prosesi dekabrın 10-dək davam edəcək.

Qeyd edək ki, N. Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.

Zümrüd Paşkin

Digər xəbərlər