Fransada bir sutkada 611 nəfər koronavirusa yoluxub, 46 nəfər də bu virusdan ölüb

Fransada bir sutkada 611 nəfər koronavirusa yoluxub, 46 nəfər də bu virusdan ölüb
  • Clock-gray 22:47
  • calendar-gray 05 İyun 2020

Fransa xəstəxanalarında koronavirus infeksiyasından ölənlərin sayı sutkada daha 46 nəfər artıb, ölkədə COVID-19 qurbanlarının sayı bununla da 29,1 mini keçib. Eyni müddətdə virusa yoluxanların sayı da 611 nəfər artaraq, ümumilikdə 153 055-ə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş Səhiyyə İdarəsinin məlumatında deyilir.

“Epidemiyanın başlanğıcından bəri Fransada 29 111 nəfər ölüb, onlardan 18 761-i xəstəxanalarda, 10 350-si isə qocalar evlərində və sosial-tibbi müəssisələrdə vəfat edib”, - qurumun məlumatında belə deyilir.

Bundan bir gün əvvələ qədər ümumilikdə 29 065 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi.

Qeyd edilir ki, epidemiyanın əvvəlindən 102 445 nəfər koronavirusa yoluxma ilə xəstəxanalara müraciət edib, onlardan 18 061-i reanimasiya şöbələrinə yerləşdirilib. Çərşənbə gününün məlumatına görə, 70 504 nəfər artıq sağalaraq evə buraxılıb.

“Keçən həftə qeydə alınmış 14 695 xəstəyə qarşı hazırda xəstəxanalarda 12 696 koronaviruslu xəstə var. Sutka ərzində tibb müəssisələrində daha 213 yeni müraciətlər daxil olub (bir həftə əvvəl – 255)”, - deyə idarədən bildirilib. Xəstəxanaya yerləşdirilənlərdən 1094-ü ağır vəziyyətdə reanimasiyalardadır.

apa-logo-mini

Digər xəbərlər