Fransada daha beş nəfər koronavirusa yoluxub

Fransada daha beş nəfər koronavirusa yoluxub
# 08 fevral 2020 14:30 (UTC +04:00)

Fransada daha beş nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Səhiyyə naziri Aqnes Buzan bildirib.

O qeyd edib ki, virusa yoluxanlar Böyük Britaniya vətəndaşlarıdır. Onlar bir müddət öncə Sinqapura səfər etmiş bir şəxslə təmasda olduqdan sonra virusa yoluxublar.

Yoluxanlardan birinin uşaq olduğunu qeydə edən Səhiyyə naziri onların vəziyyətinin ağır olmadığını bildirib.

Bununla da Fransada virusa yoluxanların ümumi sayı artıq 11-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR