Gürcüstan COVID-19-la mübarizədə Ermənistana yardım təklif edib

Gürcüstan COVID-19-la mübarizədə Ermənistana yardım təklif edib
# 08 iyun 2020 13:30 (UTC +04:00)

Gürcüstan yeni növ koronavirusla (COVID-19) mübarizədə Ermənistana yardım təklif edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Paata İmnadze keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, məsələ ilə əlaqədar Gürcüstan tərəfindən Ermənistana təklif verilib və bu istiqamətdə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR