Gürcüstan hökuməti istefa verib

Gürcüstan hökuməti istefa verib
# 11 dekabr 2020 17:24 (UTC +04:00)

Baş nazir Giorgi Qaxarianın rəhbərlik etdiyi Gürcüstan hökuməti istefa verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

O qeyd edib ki, Baş nazir G. Qaxaria hökumətin istefası ilə əlaqədar parlamentə müraciət edib və parlament Baş nazirin müraciətini nəzərə alıb.

Xatırladaq ki, Gürcüstan qanunvericiliyinə əsasən hökumət yeni seçilmiş parlamentin səlahiyyətlərinin təsdiqlənməsindən sonra istefa verməlidir. Bundan sonrakı iki həftə ərzində isə parlament seçkilərində qalib gələn partiyanın təqdim etdiyi hökumətin tərkibinə etimad səsverməsi keçirilməlidir. Təkbaşına hökumət formalaşdırmaq istəyən partiya parlamentin minimum 76 deputatının dəstəyini qazanmalıdır. Bununla belə, parlament növbəti hökuməti təsdiqləyənədək istefa vermiş hökumət fəaliyyətini davam etdirir. Hakim “Gürcü Arzusu” partiyası Baş nazir G. Qaxarianın növbəti hökumətə də rəhbərlik edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR