Gürcüstan müxalifəti sabahdan genişmiqyaslı aksiyalara başlayacaq

Gürcüstan müxalifəti sabahdan genişmiqyaslı aksiyalara başlayacaq
  • Clock-gray 12:55
  • calendar-gray 25 Fevral 2021

Gürcüstan müxalifəti sabahdan genişmiqyaslı etiraz aksiyalarına başlayacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Onun sözlərinə görə, müxalif partiyaların nümayəndələri bu gün “Vahid Milli Hərəkat” partiyasının baş qərargahında toplanaraq fəaliyyət planı barədə müzakirə aparacaqlar.

Bildirilib ki, aksiyaların müxalifətin tələbləri qəbul edilənədək davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Gürcüstan müxalifətinin hakim partiyadan üç tələbi var. Bunlar müxalif liderlər Nika Melia və Giorgi Ruruanın həbsdən azad edilməsi, erkən parlament seçkilərinin keçirilməsi və ölkənin Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsidir.

Səid Babazadə

Digər xəbərlər