Gürcüstanda altı deputat hakim partiyanı tərk edib

Gürcüstanda altı deputat hakim partiyanı tərk edib
# 14 aprel 2021 12:09 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasını 6 deputat tərk edib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Qori və Kaspi rayonlarından olan majoritar millət vəkili Giorgi Xoevanişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hakim partiyanı onunla birgə deputatlar Beka Liluaşvili, Ana Buçukuri, Aleksander Motserelia, Mixeil Dauşvili və Şalva Kereselidze də tərk edib.

Deputat bildirib ki, hakim partiyadan ayrılan deputatlar sabiq Baş nazir Giorgi Qaxarianın komandasının üzvləridir və fəaliyyətlərinə müstəqil millət vəkilləri kimi davam edəcəklər.

Xatırladaq ki, sabiq Baş nazir Giorgi Qaxaria bu il fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın həbsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından sonra tutduğu vəzifədən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR