Gürcüstanda koronavirusa təkrar yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa təkrar yoluxma qeydə alınıb
# 09 mart 2021 12:25 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus infeksiyasına (COVID-19) təkrar yoluxma halı aşkar edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O qeyd edib ki, 3 ay intervalla koronavirusa ikinci dəfə yoluxmaya dair bir hal təsdiqlənib.

Yoluxan şəxsin yaşlı olmadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR