Gürcüstanda koronavirusa yoluxanların sayı 1 462 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 462 nəfərə çatıb
  • Clock-gray 09:51
  • calendar-gray 29 Avqust 2020

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 462 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 806 nəfər karantində saxlanılır, 230 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1 196 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər