Gürcüstanda koronavirusa yoluxanların sayı 746 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 746 nəfərə çatıb
# 29 may 2020 10:23 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə yoluxanların sayı 746 nəfərə çatıb.

Hazırda Gürcüstanda koronavirus səbəbi ilə 2966 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 576 nəfər sağalıb, 12 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR