Gürcüstanda koronavirusa yoluxanların sayı 908 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 908 nəfərə çatıb
# 22 iyun 2020 09:41 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 908 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2710

nəfər karantində saxlanılır, 269 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 761 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR