Gürcüstanda koronavirusa yoluxmuş ən kiçik xəstənin 2 yaşı var

Gürcüstanda koronavirusa yoluxmuş ən kiçik xəstənin 2 yaşı var
# 25 mart 2020 13:12 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş xəstələrdən ən yaşlısının 82, ən balacasının isə 2 yaşı var.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktorunun müavini Paata İmnadze keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, yoluxanların orta yaş həddi 37-dir.

Qeyd edək ki, hazırda ölkədə 73 nəfərdə COVİD-19 virusuna yoluxma təsdiqlənib ki, onlardan 10-u artıq sağalıb.

Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR