Gürcüstanda müxalifət aksiyaları bərpa edəcək

Gürcüstanda müxalifət aksiyaları bərpa edəcək
# 21 yanvar 2020 10:45 (UTC +04:00)

Fevralın 4-dən etibarən Gürcüstan müxalifəti parlament binası qarşısında aksiyaları bərpa edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə parlamentin müxalif “Milli Hərəkat” fraksiyasının sədri Roman Qoçiridze məlumat verib. Onun sözlərinə görə, aksiyalar hakim “Gürcü Arzusu” Paritiyası verdiyi sözü yerinə yetirənədək davam etdiriləcək.

“Onların iki seçimi var - ya kompromisə getməli, ya da seçkidən öncə iflas etməlidirlər”, - deyə R. Qoçiridze bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən il iyununun 19-dan etibarən proporsional seçki sisteminə keçid tələbi ilə müəyyən fasilələrlə etiraz aksiyaları keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR