Gürcüstanda ötən sutka 10 nəfər koronavirusdan ölüb

Gürcüstanda ötən sutka 10 nəfər koronavirusdan ölüb
  • Clock-gray 10:50
  • calendar-gray 26 Fevral 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 337 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  270 137, ölənlərin sayı isə 3 485 nəfərə çatıb.

Virusa yoluxanlardan 264 047 nəfərin sağaldığı bildirilir.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqlənməsindən 1 il ötür.

Səid Babazadə

Digər xəbərlər