Gürcüstanda son sutkada 4 321 nəfər koronavirusa yoluxub, 42 nəfər ölüb

Gürcüstanda son sutkada 4 321 nəfər koronavirusa  yoluxub,  42 nəfər ölüb
# 06 dekabr 2020 11:05 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 321 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 162 475 nəfərə, ölənlərin sayı isə 1 504 nəfərə çatıb.

Virusa yoluxanlardan 133 511 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR