Gürcüstanda son sutkada koronavirusa 538 yoluxma qeydə alınıb, 18 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 538 yoluxma qeydə alınıb, 18 nəfər ölüb
# 05 fevral 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 538 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 261 018, ölənlərin sayı isə 3 258 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 252 246 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR