Haaqada karantin əleyhinə aksiyalarda 400 nəfər saxlanılıb

Haaqada karantin əleyhinə aksiyalarda 400 nəfər saxlanılıb
# 22 iyun 2020 08:12 (UTC +04:00)

Niderlandın Haaqa şəhərində polis karantin tədbirlərinə qarşı etiraz edən təxminən 400 aksiya iştirakçısını saxlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, iyunun 21-də baş tutan aksiyada bir neçə min etirazçı iştirak edib. Onların bəziləri koronavirusla bağlı görülən məhdudiyyətlərin götürülməsini tələb edib.

Aksiya əvvəlcə sakit keçsə də, sonradan Malivelt parkında futbol fanatları görünüb. Bundan sonra polislə qarşıdurmalar yaşanıb. Etirazçıların əksəriyyəti qarşıdurmadan sonra dağılışsa da, meydanda qalanlar da olub.

Şəhər polisinin Twitter” səhifəsində qeyd olunub ki, saxlanılanların böyük qismi artıq sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR