II Elizavetanın əri xəstəxanaya yerləşdirilib

II Elizavetanın əri xəstəxanaya yerləşdirilib
# 17 fevral 2021 18:40 (UTC +04:00)

Britaniya Kraliçası II Elizavetanın əri Edinburq hersoqu Şahzadə Filip xəstəxanaya yerləşdirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Bakinqam sarayından verilən məlumatda deyilir. Bildirilib ki, özünü halsız hiss edən şahzadənin xəstəxanaya yerləşdirilməsi tədbir məqsədli olub, şəxsi həkimi tərəfindən məsləhət görülüb.

"Şahzadənin bir neçə gün müşahidə və istirahət üçün xəstəxanada qalması gözlənilir”,-deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR