İspaniyada İŞİD-in "ən yaxşı snayperi" olmaq istəyən ekstremist saxlanılıb

İspaniyada İŞİD-in "ən yaxşı snayperi" olmaq istəyən ekstremist saxlanılıb
# 17 dekabr 2020 02:53 (UTC +04:00)

İspaniya polisi paytaxt Madriddə İŞİD-in “ən yaxşı snayperi” olmaq istəyən terrorçunu ekstremisti saxlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

“Dərin radikallaşma mərhələsində olan həmin şəxs münaqişə bölgəsinə, məhz Suriyanın İdlib əyalətinə getmək, orada İŞİD-in ən yaxşı snayperi olmaq üçün silahlı qruplaşmalara qoşulmaqla bağlı istəyini nümayiş etdirib”, - polisin açıqlamasında belə deyilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saxlanılan İspaniya vətəndaşı ən radikal niyyətinə görə “Qərb həyat tərzi”ni rədd edib. O, niyyətini davamlı olaraq sosial şəbəkələrdə İŞİD-i tərifləməklə və Fransada tarix müəlliminin öldürülməsinə haqq qazandırmaqla əks etdirib.

Saxlanılan ispaniyalı ekstremistin işi məhkəmə araşdırmasına verilib. O, terrorçuluğa haqq qazandırmaqda ittiham oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR