İspaniyada zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb

İspaniyada zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb
# 16 yanvar 2020 00:43 (UTC +04:00)

İspaniyanın Tarraqona əyalətindəki neft-kimya zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, xəsarətləri ağır olan zərərçəkmişlərdən biri Barselona xəstəxanasında ölüb.

Bundan əvvəl partlayış nəticəsində iki nəfərin öldüyü, 8 zavod işçisinin xəsarət aldığı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR