İtaliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 29 mini keçib

İtaliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 29 mini keçib
# 04 may 2020 20:35 (UTC +04:00)

İtaliyada koronavirus pandemiyası qurbanlarının sayı son sutka ərzində 195 nəfər artaraq, ümumilikdə 29 079 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb. Ötən gün 174 nəfərin öldüyü bildirilmişdi.

Ölkədə epidemiyanın əvvəlindən bəri sağalanlar və ölənlərlə birlikdə koronavirusa yoluxanların ümumilikdə sayı 1221 nəfər artaraq 211 938-ə çatıb. Bundan əvvəlki gün 1389 yoluxma qeydə alınmışdı.

Məlumata görə, indiyədək İtaliyada 82 879 nəfər koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR