İtaliyada daha 251 nəfərdə koronavirus aşkar olunub, 47 nəfər bu virusdan ölüb

İtaliyada daha 251 nəfərdə koronavirus aşkar olunub, 47 nəfər bu virusdan ölüb
# 19 iyun 2020 22:37 (UTC +04:00)

İtaliyada son sutka ərzində daha 251 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 238 011 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 47 nəfər artaraq ümumilikdə 34 561 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 181 097 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR