İtaliyada karantin müddəti uzadılır

İtaliyada karantin müddəti uzadılır
# 30 mart 2020 02:06 (UTC +04:00)

İtaliyada üç həftə əvvəl koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qabaqlayıcı tədbirlərin müddəyi uzadılacaq.

APA xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Roberto Speransa deyib.

“Təbii ki, hələ də bu tədbirlərə ehtiyacımız var. Əgər onları dayandırmağı düşünsək, faciəli bir səhv etmiş olardıq. Bu gün biz hələ də böhranın mərkəzindəyik. Ehtiyatı azaltmaq olmaz, illüziyalar qurmaq lazım deyil. Tədbirlərin müddəti aprelin 3-də bitir və deyə bilərəm ki, onların müddəti mütləq uzadılacaq”, - deyə nazir “Rai2” telekanalında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR