İtaliyada koronavirus qurbanlarının sayı 30 mini keçib

İtaliyada koronavirus qurbanlarının sayı 30 mini keçib
# 08 may 2020 20:22 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 30 mini keçib.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Bildirilir ki, son sutka ərzində İtaliyada 243 nəfər bu virusdan ölüb, ümumilikdə virus qurbanlarının sayı 30 201 nəfər təşkil edir.

Epidemiyanın başlanğıcından bəri ölkə ərazisində virusa yoluxanların sayı 217 185 nəfərə çatıb, onlardan 99 mindən çoxu sağalıb. Son sutkada isə 2747 nəfər sağalaraq xəstəxanaları tərk edib.

Hazırda 87 961 nəfər müalicə alır, onlardan 1168 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR