İtaliyada son sutka ərzində 674 nəfər koronavirusdan dünyasını dəyişib

İtaliyada son sutka ərzində 674 nəfər koronavirusdan dünyasını dəyişib
# 19 dekabr 2020 07:36 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 17 992 nəfər artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 674 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 67 894 nəfərə çatıb. Ölkədə hazırda 627 798 aktiv koronavirus xəstəsi var, onlardan 2819-u ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 921 778 nəfərdən 1 226 086 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR