İtaliyada sutka ərzində 1 700 nəfərdən çox insan koronavirusa yoluxub

İtaliyada sutka ərzində 1 700 nəfərdən çox insan koronavirusa yoluxub
# 04 sentyabr 2020 19:54 (UTC +04:00)

İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 700 nəfəri keçib.

APA-nın İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, sutka ərzində 113 min nəfər testdən keçib, virusa yoluxanların sayı isə 1 733 olub. Bu, mayın 2-dən etibarən sutkalıq artım üzrə rekord göstərici hesab olunur.

İtaliyada son bir gün ərzində koronavirus infeksiyasından 11 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR