Koronavirusun "Britaniya" variantı Türkiyədə də aşkar olunub

Koronavirusun "Britaniya" variantı Türkiyədə də aşkar olunub
  • Clock-gray 21:19
  • calendar-gray 01 Yanvar 2021

Türkiyədə 15 nəfərdə koronavirusun mutasiyaya uğramış "Britaniya" variantı aşkar olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində yazıb.

Nazir açıqlamasında bildirib ki, həmin xəstələr nəzarətə alınıb və Britaniyadan Türkiyəyə giriş tamamilə dayandırılıb.

F.Kocanın sözlərinə görə, virus aşkar olunmuş həmin 15 nəfərlə ünsiyyətdə olan bütün insanlar da karantinə alınıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər