Merkel “Liviya sammiti”nə Sərac və Haftarı da dəvət edib

Merkel “Liviya sammiti”nə Sərac və Haftarı da dəvət edib
# 14 yanvar 2020 18:56 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracı və Liviya Milli Ordusunun (LMO) rəhbəri Haftar Benqazini Almaniyaya dəvət edib.

APA-nın Türkiyə bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, Almaniya kansleri yanvarın 19-da Berlində keçiriləcək “Liviya sammiti”ndə liviyalı tərəflərin də iştirak etməsini istəyib.

Qeyd edək ki, Berlində keçiriləcək beynəlxalq konfransa Türkiyə, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, İtaliya və digər ölkələrin rəsmiləri də dəvətlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR