Moldova Prezidenti Ursula von der Leyenlə görüşüb

Moldova Prezidenti Ursula von der Leyenlə görüşüb
# 18 yanvar 2021 16:45 (UTC +04:00)

Moldova Prezidenti Maya Sandu Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Moldova prezidenti “Twitter”də bildirib.

“Görüş zamanı səhiyyə işçilərinin daha sürətlə peyvəndlənməsi, daha çox tibbi avadanlıq, Avropa İttifaqının yardımı və Moldovanın Avropaya inteqrasiya yolu və aparılacaq islahat imkanları müzakirə edilib. Etibarınız və dəstəyiniz üçün təşəkkür edirik”, - deyə Moldova Prezidenti qeyd edib.

Qeyd edək ki, görüş Moldova Prezidentinin Brüsselə səfəri çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR