Məsud Özil müsəlman dünyasını uyğur türklərinə laqeyd münasibətlərinə görə qınayıb

Məsud Özil müsəlman dünyasını uyğur türklərinə laqeyd münasibətlərinə görə qınayıb
  • Clock-gray 23:16
  • calendar-gray 13 Dekabr 2019

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsud Özil Şərqi Türkistanda yaşayan türklərin qarşı zorakılıqlara laqeyd qalınmalarına görə müsəlman dünyasını qınayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, futbolcu Şərqi Türkistanda yaşayan müsəlman türklərin təhqir edilməsinə, onların ailələrindən kişilərin zorla aparılıb düşərgələrdə saxlanmasına, müqəddəs “Quran” kitablarının yandırılmasına, din adamlarının ölüdürlməsinə, məscidlərin bağlanmasına islam ölkələrinin susmasına etiraz edib: “Həzrət Əli gözəl deyib: “Zülmə qarşı çıxa bilmirsinizsə, onu hər kəsə xəbərdar edin! Qərb mediası belə bu hadisələri əks etdirir, amma təəssüf ki, hələ də müsəlman dünyası susur”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər