Nazir: “Layihənin bütün iştirakçılarını bu tarixi gün münasibəti ilə təbrik edirəm”

Nazir: “Layihənin bütün iştirakçılarını bu tarixi gün münasibəti ilə təbrik edirəm”
# 31 dekabr 2020 17:20 (UTC +04:00)

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Azərbaycanın Şahdəniz qaz yatağından Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya təbii qaz nəqlinin başlanması münasibəti ilə iştirakçı ölkələrə təbrik ünvanlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, layihənin Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından vacib rola malik olduğunu bildirən nazir bunun tarixi hadisə olduğunu vurğulayıb.

"Mən bu layihənin bütün iştirakçılarını – bütün ölkələri və konsorsiumu bu tarixi gün münasibəti ilə təbrik edirəm. Bu gün Gürcüstandan da keçən enerji dəhlizinin inkişafı baxımından vacib gündür. Cənub Qaz Dəhlizinin sonuncu mərhələsi olan Trans-Adriatik Boru xətti layihəsi tamamlanıb. Bu böyük regional layihə ilə Azərbaycanın Şahdəniz yatağından hasil olunan təbii qaz Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya tədarük edilir. Layihə enerji dəhlizinin ev sahibi ölkəsi olan Gürcüstanın enerji müstəqilliyinin gücləndirilməsi baxımından vacibdir və ölkənin geosiyasi yerləşməsindən daha yaxşı istifadə etmək üçün imkan verir. Bir il öncə Trans-Adriatik Boru xətti layihəsinin inaqurasiyası oldu və indi biz bu layihənin məntiqi nəticəsini görürük – Qafqazdan təbii qaz Avropaya tədarük ediləcək”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR