Nicola Störjen: “Şotlandiyanın bir neçə il ərzində müstəqil olacağına inanıram”

Nicola Störjen: “Şotlandiyanın bir neçə il ərzində müstəqil olacağına inanıram”
# 11 fevral 2020 19:23 (UTC +04:00)

“Şotlandiyanın bir neçə il ərzində müstəqil olacağına inanıram”.

APA-nın Britaniya müxbirinin verdiyi xəbərə görə, bu sözləri Şotlandiyanın Baş naziri Nicola Störjen Londonda xarici jurnalistlər üçün nəzərdə tutulmuş mətbuat konfransında deyib. O bildirib ki, Şotlandiya Britaniya daxilində və beynəlxalq səviyyədə tanınan referendumla qanuni müstəqillik əldə etmək istəyir.

“2016-cı ildə Britaniyada keçirilən referendumda Şotlandların əksəriyyəti Avropa İttifaqında qalmaq üçün səs verdilər. Hazırda isə bizim iradəmiz xaricində Avropa İttifaqından qoparılırıq. Buna görə Şotlandiya iqtisadi və sosial sahədə zərərlərlə üzləşəcək”.

Baş nazir N.Störjen bildirib ki, Britaniya hökuməti ilə referendum barəsində razılaşma əldə etmək istəyir. O, “Brexit” prossesinin “xaotik” olduğunu və Şotlandiyanın bunun tam əksinə çox məsuliyyətli bir şəkildə müstəqillik əldə edəcəyinə inandığını deyib. Xatırladaq ki, Nicola Störjen “Brexit”dən sonra Şotlandiyanın Aİ ilə münasibətlərinin gələcəyini müzakirə etmək üçün fevralın 10-da Brüsselə səfər edib.

Qeyd edək ki, Şotlandiyada 2014-cü ildə Birləşmiş Krallığın tərkibində qalıb-qalmamaqla bağlı referendum keçirilib. Bu referenduma görə, şotlandların 55 faizi Britaniyanın tərkibində qalmaq üçün səs veriblər. Britaniya bu günə qədər yeni referenduma icazə verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR