Parisdə "Molotov kokteyli" ilə prezident iqamətgahına keçmək istəyən şəxs saxlanılıb

Parisdə "Molotov kokteyli" ilə prezident iqamətgahına keçmək istəyən şəxs saxlanılıb
  • Clock-gray 03:11
  • calendar-gray 02 Aprel 2021

Fransa paytaxtında əlində “Molotov kokteyli” olan naməlum şəxs Yelisey sarayının ərazisinə keçməyə cəhd edərkən saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Figaro” qəzeti məhkəmədə olan mənbələrə istinadən yazıb.

Hadisə cümə axşamı baş verib. Naməlum kişi Fransa prezidenti Emmanuel Makron və onun xanımı Brijitin iqamətgahı olan Yelisey sarayının hasarından keçməyə çalışıb. Onun əlində yanan halda olan alışan maye – “Molotov kokteyli” var imiş.

Həmin şəxslə birgə daha bir cütlük həbs olunub. Onlar baş verənləri lentə alaraq, fotoşəkillər çəkirmişlər.

Polis şüşədəki mayenin təhlükəli olmadığını bildirib. Sarayın çəpərini keçməyə çalışan şəxsin bir rəssam olduğu üzə çıxıb və o, heç kimə zərər vermək istəmədiyini bildirib.

Sərxan Kamallı

Digər xəbərlər