Serbiyada Afrika donuz vəbasına yoluxma qeydə alınıb

Serbiyada Afrika donuz vəbasına yoluxma qeydə alınıb
# 11 mart 2021 02:12 (UTC +04:00)

Serbiyanın Kruşevats şəhəri yaxınlığındakı Qloboder yaşayış məntəqəsində Afrika donuz vəbası virusuna yoluxma aşkar edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası məlumat yayıb.

Bildirilir ki, virusa Qloboder məntəqəsindəki bir donuz fermasında rast gəlinib, fakt Kruşevatsdakı Respublika Baytarlıq Müfəttişliyi tərəfindən də təsdiqlənib.

Kənd Təsərrüfatı, Meşə və Su Təsərrüfatı Nazirliyi Trstenik bələdiyyəsi ərazisindəki Qloboder, Stopanya və Bresno-Pole yaşayış məntəqələri ətrafını çirklənmiş ərazi elan edib. İnfeksiya təhlükəsi olan ərazi 10 km radiusu əhatə edir.

Hazırda bütün donuz təsərrüfatlarının, eləcə də bu ərazilərdə donuz yetişdirən fərdi ev təsərrüfatlarının inventarizasiyası aparılır. Donuzların yoluxmuş ərazidə və infeksiya təhlükəsi altında olan ərazidə daşınması qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR