Sloveniyada iki qar uçqunu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Sloveniyada iki qar uçqunu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb
# 14 fevral 2021 03:24 (UTC +04:00)

Sloveniyada Alp dağlarının Kamnik-Savinski bölgəsində iki qar uçqunu baş verib.

APA yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ümumilikdə üç nəfər ölüb, üç nəfər isə yaralanıb.

İlk uçqunu yerli vaxtla saat 10: 30-da Storjiç dağında əmələ gəlib. Həmin vaxt ərazidə olan 2 alpinist aldığı xəsarətlərdən ölüb, 2-si yaralanıb. Hadisə barədə sağ qalan idmançılar məlumat veriblər.

İkinci qar uçqunu xilasetmə əməliyyatı zamanı olub. Bu zaman 1 alpinist yerindəcə ölüb, digəri ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR