Türkiyədə COVID-19-a sutkalıq yoluxma sayı artmaqda davam edir

Türkiyədə COVID-19-a sutkalıq yoluxma sayı artmaqda davam edir
# 07 aprel 2021 23:01 (UTC +04:00)

Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 54 740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu infeksiyadan 276 nəfər həyatını itirməklə, sutkalıq ölüm sayı da rekord həddə çatıb.

Hazırda 2604 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 943 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR