Türkiyədə COVID-19-dan daha 153 nəfər ölüb

Türkiyədə COVID-19-dan daha 153 nəfər ölüb
# 21 yanvar 2021 21:21 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 153 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6289 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6113, ağır xəstələr isə 2074 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 412 505 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 290 032 nəfər sağalıb, 24 640 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR