Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb
# 30 dekabr 2020 21:23 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 692 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 20 190, ağır xəstə sayı isə 4098 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 194 272 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 078 629 nəfər sağalıb, 20 642 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR