Türkiyədə koronavirusa sutkalıq yoluxmada növbəti rekord qeydə alınıb

Türkiyədə koronavirusa sutkalıq yoluxmada növbəti rekord qeydə alınıb
# 01 aprel 2021 22:11 (UTC +04:00)

Türkiyədə koronavirusa sutkalıq yoluxma artmaqda davam edir. Pandemiya başlayandan bəri rekord həddə sutkalıq koronavirusa yoluxma qeydə alınıb.

APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə son bir gündə 40 806 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Yoluxanların ümumi sayı 3 357 988 nəfərdir.

Bu infeksiyadan 176 ölüm təsdiqlənib. 2135 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 31 713 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR