Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb
# 07 yanvar 2021 21:12 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 194 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 12 171 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 211, ağır xəstələr isə 3 201 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 296 102 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 172 251 nəfər sağalıb, 22 264 nəfər isə vəfat edib.

Nazir deyib ki, qadağalar və COVID-19-la mübarizə tədbirləri uğurlu nəticə verməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR