ÜST: Dünyada COVID-19 pandemiyasının kəskin mərhələsi hələ bitməyib

ÜST: Dünyada COVID-19 pandemiyasının kəskin mərhələsi hələ bitməyib
# 26 mart 2021 23:07 (UTC +04:00)

Dünyada hələ də koronavirus infeksiyasının yayılmasının kəskin mərhələsi müşahidə olunur.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyətlər proqramının texniki rəhbəri Mariya Van Kerkhove deyib.

“Biz virusun yayılmasında artım əlamətləri görürük. Hələ də pandemiyanın kəskin mərhələsindəyik”, - deyə Van Kerkhove brifinq zamanı ÜST tərəfindən COVID-19-un üçüncü dalğasının qeydə alınıb-alınmamasına dair sualı cavablandırarkən bildirib.

O, qarşıdan gələn bayram istirahətləri zamanı (aprelin əvvəllərində Avropada Pasxa qeyd olunur) xüsusi diqqətli olmağa çağırıb və Yeni il şənliklərindən sonra virusun yayılmasında kəskin artım müşahidə olduğunu bir daha xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR