Vladimir Zelenski Maya Sandu ilə görüşüb

Vladimir Zelenski Maya Sandu ilə görüşüb
# 12 yanvar 2021 14:06 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində səfərdə olan Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.

“Bu, iki ölkə arasında yeni münasibətlərin başlanğıcıdır. Bizi ortaq dəyərlər və Avropa ilə münasibətlərdə gündəlikdə duran məsələlər birləşdirir. Biz Moldova prezidentinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və Krımın Ukrayna olması ilə bağlı yanaşmasını yüksək dəyərləndiririk", - deyə V. Zelenski qeyd edib.

M. Sandu Kiyevə səfəri çərçivəsində Ukraynanın baş naziri və ölkə parlamentinin sədri ilə də görüşəcək.

Xatırladaq ki, Moldova prezidenti Ukraynaya avtomobillə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR