Xorvatiyada Parlament seçkiləri keçiriləcək

Xorvatiyada Parlament seçkiləri keçiriləcək
# 05 iyul 2020 07:06 (UTC +04:00)

Bu gün Xorvatiya bir palatalı parlamentində 151 yer uğrunda seçkilər keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, seçkilərdə 70-ə yaxın partiya, birlik və koalisiyadan 2,6 mindən çox namizəd mübarizə aparacaq.

Gözlənildiyi kimi, əsas mübarizə hakim partiya - Xorvatiya Demokratik Birliyi (XDB) ilə ana müxalifət qüvvəsi olan Sosial Demokrat Partiyası (SDP) arasında olacaq.

Qeyd edək ki, XDB-yə Baş nazir Andrey Plenkoviç, müxalifəti birləşdirən “Reboot” koalisiyasının başında duran SDP-yə isə Davor Bernardiç rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR