Zelenski və Aİ Şurası prezidenti arasında telefon danışığı olub

Zelenski və Aİ Şurası prezidenti arasında telefon danışığı olub
# 11 dekabr 2019 17:12 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Ukrayna Prezidenti Aİ Şurasının prezidentini 3 illik fasilədən sonra Donbasda sülhün əldə olunması üçün Rusiya ilə sülh danışıqları prosesinin bərpası və dekabrın 9-da Parisdə keçirilən "Normandiya dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb.

“Mən Avropa İttifaqına üzv dövlətlərin liderlərinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək məsələsində, habelə Minsk razılaşmalarının tam həyata keçirilənə və Ukraynanın ərazi bütövlüyü bərpa olunanadək Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi məsələsində öz birliyini qoruyacağına inanıram”, - deyə V. Zelenski vurğulayıb.

Ukrayna Prezidenti qeyd edib ki, onun ölkəsi qaz tranziti məsələsində etibarlı tərəfdaş olaraq qalır və o, Aİ-yə üçtərəfli danışıqların həyata keçirilməsində vasitəçilik etdiyi üçün təşəkkür edib.

Aİ Şurasının prezidenti Ukraynanın Avropaya inteqrasiyası istiqamətində həyata keçirilən siyasətin dəstəkləndiyini və Avropanın bu prosesə lazımi dəstək vermək niyyətində olduğunu vurğulayıb.

V. Zelenski Aİ Şurasının prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, dekabrın 12-də Aİ liderləri Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin uzadılması məsələsini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR