Ali Radanın spikeri Vladimir Zelenskiyə impiçment elan olunması barədə qanun imzalayıb

Ali Radanın spikeri Vladimir Zelenskiyə impiçment elan olunması barədə qanun imzalayıb
# 13 iyun 2019 10:02 (UTC +04:00)

Ukraynada Ali Radanın spikeri Andrey Parubiy Ukrayna prezidenti Vladimir Zelenskiyə impiçment elan olunması barədə qanun imzalayıb.

APA-nın məlumatına görə, bu barədə “Twitter” səhifəsində yazıb.

Qanun prezidentə qarşı impiçment proseduru ilə məşğul olacaq xüsusi komissiyanın yaradılmasını nəzərə tutur. Qanun daha əvvəl Rada tərəfindən qəbul olunub.

Sənəd rəsmi mətbuatda dərc olunduğu gündən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR