Almaniya XİN: Nüvə sazişinin ləğvinin qarşısını almağa çalışacağıq

Almaniya XİN: Nüvə sazişinin ləğvinin qarşısını almağa çalışacağıq
# 10 iyun 2019 14:45 (UTC +04:00)

"Britaniya, Fransa və Almaniya nüvə razılaşması ilə bağlı öhdəliklərinə sadiqdir".

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Almaniya xarici işlər naziri Hayko Maas iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz öz öhdəliklərimizi yerinə yetirmək istəyirik. Möcüzə yarada bilmərik, lakin nüvə sazişinin ləğvinin qarşısını almağa çalışacağıq”,- deyə almaniyalı diplomat bildirib.

Almaniya XİN başçısı qeyd edib ki, İranla dialoqu davam etdirmək vacibdir və bu dialoq səmimi müzakirələr şəraitində olmalıdır: “Regionda vəziyyət olduqca gərgin və ciddidir. Mövcud vəziyyətin daha da kəskinləşməsi hərbi gərginliyə gətirib çıxara bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR