Roberto Montella yenidən ATƏT PA-nın baş katibi seçilib

 Roberto Montella yenidən ATƏT PA-nın baş katibi seçilib
# 04 iyul 2019 12:52 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (PA) baş katibi seçilib.

APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi xəbərə görə, qurumun bu gün Lüksemburqda başlayan illik sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında Roberto Montella yenidən baş katib postuna seçilib.

R. Montellanın yeni 5 illik mandatı 2021-ci ilin yanvarında başlayacaq.

Qeyd edək ki, Roberto Montella 2016-cı ilin yanvarından bu vəzifədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR