Azərbaycanda “Fantazia” mədəni irs festivalı keçiriləcək - FOTO

Azərbaycanda “Fantazia” mədəni irs festivalı keçiriləcək - FOTO
# 28 oktyabr 2019 17:09 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Fantazia” mədəni irs festivalı keçiriləcək.

APA-nın xəbərinə görə, festivalla bağlı keçirilmiş mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib ki, bu cür festivallar ölkələrin mədəni irsinin qorunması üçün əhəmiyyətlidir.

Səfir deyib ki, Avropa hər zaman mədəni irslərin və müxtəlifliklərin qorunmasına dəstək verib və bu, Avropaya xas xarakterdir. Diplomat əlavə edib ki, bu festivalda Fransadan 3 rəssam iştirak edəcək.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, builki festival öz unikal xüsusiyyətləri ilə fərqlənəcək və festival çərçivəsində keçiriləcək tədbirlər Bakı ilə yanaşı, regionları da əhatə edəcək.

Daha sonra Belçika, Niderland və Moldovanın Azərbaycandakı səfirləri çıxış ediblər.

Mətbuat konfransında bildirilib ki, festival noyabrın 1-dən 15-dək Bakı, Gəncə və Qəbələdə keçiriləcək. Festivalın məqsədi mədəni irsin qorunmasının vacibliyini təbliğ etməkdir. "Fantazia" mədəni irs festivalı artıq 2-ci dəfədir Azərbaycanda keçirilir.

Festival çərçivəsində sərgilər, teatr tamaşaları, konsertlər, filmlər nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR