Azərbaycanlı tələbələr Tbilisidə "Barış bulağı"na dəstək aksiyası keçiriblər - FOTO

Azərbaycanlı tələbələr Tbilisidə "Barış bulağı"na dəstək aksiyası keçiriblər - FOTO
# 15 oktyabr 2019 16:34 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Türkiyə səfirliyinin qarşısında "Barış bulağı" hərbi əməliyyatlarına dəstək məqsədi ilə aksiya keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, səfirlik binasının qarşısına toplaşan 100-ə yaxın azərbaycanlı tələbə Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək verdiklərini bildiriblər.

Aksiya iştirakçıları Türkiyə hərbçilərinə dəstək olaraq "Dik dur, əyilmə, bu millət səninlə!”, "Hər türk əsgər doğulur" şüarları səsləndiriblər, dünya dövlətlərini Türkiyəyə qarşı ədalətli mövqe tutmağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR