Paşha Bank
Bank Of Baku

Aİ-nin üç ölkəsi Ukraynaya əlavə 45 milyard avro ayrılmasını dəstəkləməyib

Aİ-nin üç ölkəsi Ukraynaya əlavə 45 milyard avro ayrılmasını dəstəkləməyib
# 27 noyabr 2026 07:46 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv üç ölkə 2027-ci ildə Ukraynaya əlavə 45 milyard avro məbləğində maliyyə vəsaitinin ayrılmasını dəstəkləməyib.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məsələnin həlli dekabr ayına təxirə salınıb.

“Aİ-nin 24 ölkəsi Avropa Komissiyasının Ukraynaya əlavə 45 milyard avro ayrılması ilə bağlı təklifini dəstəkləyib. Onlardan biri – Bolqarıstan maliyyələşdirmənin yalnız qeyri-hərbi hissəsini dəstəkləyəcək. Bu vəsait bolqar milli azlığının yaşadığı bölgələr üçün nəzərdə tutulacaq. Dekabrda keçiriləcək sammitdə bu məsələyə yenidən qayıdacağıq”, – deyə Koşta bildirib.

Beləliklə, daha əvvəl sözügedən maliyyə proqramını dəstəkləməyəcəklərini açıqlayan Macarıstan, Çexiya və Slovakiya sammitdə mövqelərini dəyişməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR